Apr 29 2019 18:25
Views: 298

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Avropadakı münaqişələrə göz yummamalıdır, üzv ölkələrin dövlət başçıları da təhlükəsizliklə bağlı mövcud problemləri müzakirə etmək üçün görüş keçirməlidirlər. Belarus Prezidenti Aleksandr Lukaşenko ATƏT PA sədri Giorgi Tsereteli ilə görüşü zamanı belə deyib. O, ATƏT ərazisindəki münaqişələrin həllini tapmadığını, yeni münaqişələrin də meydana çıxdığını bildirib. Vəziyyətlə bağlı narahatlığını ifadə edib.

ATƏT Parlament Assambleyasının vitse-prezidenti və qurumun İpək Yoluna Dəstək Qrupunun sədri Azay Quliyev də görüşdə iştirak edib. Belarus Prezidenti Aleksandr Lukaşenko Minskdə keçirilən İpək Yoluna Dəstək Qrupunun ikinci beynəlxalq konfransı çərçivəsində ATƏT nümayəndə heyətini qəbul edib. Lukaşenko İpək Yoluna Dəstək Qrupunun Minskdə “Bir kəmər, bir yol: davamlı inkişaf və tərəqqi üçün əməkdaşlığın dərinləşdirilməsi” mövzusunda keçirdiyi beynəlxalq konfransı yüksək qiymətləndirib. ATƏT Parlament Assambleyasının vitse-prezidenti və qurumun İpək Yoluna Dəstək Qrupunun sədri Azay Quliyev görüşdə müzakirə olunanan məsələlər barədə CBC-yə açıqlama verib.

“Belarusun prezidenti bu günkü ATƏT ərazisində həll olunmamış müqanişələrin qalması, mövcud olması, o cümlədən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münasiqişəsinin həll olunmaması ilə bağlı öz narazılığını ifadə etdi. Bilirsiniz ki, bu gün ATƏT-in Minsk Qrupunun üzvləri və ATƏT-in Minsk qrupunun həmsədrləri davamlı olaraq bəyanatlar verirlər ki, bu problem qısa müddətdə sülh şəraitində və danışıqlar yolu ilə həll olunmalıdır. Lakin bu, bir həqiqətdir ki, Ermənistan hazırda bu prosesin uzadılmasına və danışıqların konkret nəticəyə gətirib çıxmasında maraqlı görünmür. O baxımdan da düşünürük ki, ayrı-ayrı ATƏT-ə üzv ölkələr və bütövlükdə, ATƏT və onun institutları çox qəti və birmənalı mövqe sərgiləməlidir. Ermənitanın işğal etdiyi ərazilərdən onun bir an çıxmasını tələb etməlidir. Hesab edirəm ki, bu cür tədbirlər ümumilikdə regionda əməkdaşlığın, sülhün və təhlükəsizliyin saxlanılması, qorunması baxımından çox önəmlidir”.


Create Account



Log In Your Account