May 20 2019 14:29
Views: 742

Bakıda UEFA Avropa Liqası Finalının keçiriləcəyi dövr üçün Heydər Əliyev Beynəlxalq Aeroportu çox sayda təyyarə və sərnişinləri qəbul etmək məqsədilə xüsusi tədbirlər planı hazırlayıb. Hava limanının bütün xidmətləri gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.

Beynəlxalq Aeroportdan verilən məlumata görə, artıq  final oyunun keçiriləcəyi dövr üçün, yəni mayın 28-də və 29-da çarter reyslərinin yerinə yetirilməsi üçün 45-dən artıq müraciət təsdiqlənib. Aeroportun saatda 10 min sərnişin imkanı olduğundan bununla əlaqədar aviaşirkətlərin müntəzəm və çarter reysi ilə bağlı istənilən müraciətinə müsbət cavab veriləcək.

Finalın keçiriləcəyi dövrdə Heydər Əliyev Beynəlxalq Aeroportunda bütün reyslərin maneəsiz yerinə yetirilməsi və terminaldan çox sayda sərnişinin rahat keçməsi üçün bütün şərait yaradılacaq. Qeyd edək ki, Bakı hava limanı artıq böyük beynəlxalq tədbirlərin, o cümlədən İlk Avropa Oyunları, Formula 1, İslam Həmrəyliyi Oyunları və digər idman tədbirlərinin keçirilməsində geniş təcrübəyə malikdir.


Create Account



Log In Your Account