Sep 24 2019 17:41
Views: 217

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümü münasibəti ilə keçirilən “Baku Оpen 2019” beynəlxalq şahmat festivalı davam edir. Artıq 10-cu dəfədir keçirilən turnirin 4-cü turundan sonra   yarışda 4 lider var. Qadir Hüseynov, Vüqar Əsədli, Bardia Veisi və Tuan Minh Tran mütləq nəticə ilə liderliyi əldə ediblər. Turnir İsveçrə sistemi üzrə keçirilir və 9 turdan ibarətdir.

Bütün göstəricilərə görə rəqiblərini üstələyən şahmatçı “Baku Open” turnirinin qalibi adını qazanmaqla yanaşı, həm də 4000 ABŞ dolları pul mükafatına da sahib olacaq. 2-ci pillədə qərarlaşan zəka ustasına 2500, 3 -cü yerin sahibinə isə 1800 dollar mükafat veriləcək. Yarışın ümumi mükafat fondu 14 000 dollara yaxındır.

 “Baku open” turnirinin reytinq favoriti Qədir Hüseynovdur. Qalibin kimliyi sentyabrın 28-də bilinəcək.


Create Account



Log In Your Account