Oct 22 2018 17:08
Views: 334

Beynəlxalq Caz Festivalı çərçivəsində Fransanın populyar caz triosu “İnisativ”in  konserti olub. Fransanın ölkəmizdəki səfiri Aureliya Buşez Bakı Caz Festivalını yüksək qiymətləndirərək deyib ki, bu cür tədbirlər ölkələr arasında mədəni əlaqələrin inkişafına və möhkəmlənməsinə müsbət təsir göstərir.
“Azərbaycanda ənənə halını alan Beynəlxalq Caz Festivalında biz 4 ildir  iştirak edirik. Bu festival Azərbaycanın mədəni-ictimai həyatında önəmli hadisədir. Eyni zamanda, Fransa və Azərbaycan bir çox sahələrdə, xüsusən mədəniyyət və incəsənət sferasında əməkdaşlıq edirlər. Bugünkü tədbir əməkdaşlığın bariz nümunəsidir. Musiqiçilərimiz hər il bu tədbirə gələrək öz məharətlərini göstərirlər. Bizlərə sevinc hissləri yaşadan bu musiqi bayramına görə festivalın təşkilatçılarına təşəkkür edirəm”.
“İnisiativ” qrupunun lideri, pianoçu Jan-Kristof Şole bildirib ki, bakılı tamaşaçıların cazı qiymətləndirməsi və bu janrı duyması sevindirici haldır. Fransız musiqiçilər melodik kompozisiyaları və improvizələri ilə caz sevərlərin böyük marağına səbəb olubar.
“Bakıdan öncə bizim Çin və Koreyada 19 konsert proqramınız olub. Caz festivalında yeni albomumuzdan olan musiqiləri ifa edəcəyik. Bir çox caz impravizaisiyları olacaq. Bakıda caza maraq böyükdür. Adətən caz konsertlərində zalı tamamilə doldurmaq təsadüf hallarda olur. Konsertlərimizin 70 faizi xarici ölkələrdə baş tutur. Bu festivalda çıxış etməkdən olduqca məmnunam. Beynəlxalq caz festiavlında dünyanın bir sıra ölkələrindən ifaçılar bir araya gəlir. Hər il festivalda yeni simalar öz ifalarını təqdim edirlər. Bu, çox maraqlı addımdır”.
Bakı Beynəlxalq Caz Festivalında fransız caz ifaçıları ilə bir sıra birgə layihələr nəzərdə tutulur. Qeyd edək ki, Beynəlxalq Caz Festivalı oktyabrın 14-də başlayıb. Oktyabrın 28-dək davam edəcək festival çərçivəsində 30 ölkədən olan caz ifaçıları konsert proqramları ilə çıxış edəcəklər.


Create Account



Log In Your Account