Jul 22 2020 18:05
Views: 336

“Ermənistan Tovuz istiqamətində törətdiyi təxribata görə layiqli cavabını aldı”. Bunu CBC-yə müsahibəsində Millli Məclisin deputatı Cavid Osmanov bildirib. Qeyd edib ki, Ermənistan özü də anlayır ki, Azərbaycanla açıq müharibədə məğlubiyyətə məhkumdur.

Millət vəkili Ermənistanın bütün səylərinin nəticəsiz qaldığını bildirir. Hesab edir ki, Azərbaycan Ermənistanı təkcə döyüşdə deyil, beynəlxalq aləmdə, o cümlədən beynəlxalq təşkilatlarda, ayrı-ayrı ölkələrdə də böyük məğlubiyyətə uğratdı.

Milli Məclisin deputatı Ülviyyə Ağayeva isə CBC-yə müsahibəsində bildirib ki, hazırda pandemiyanın geniş yayıldığı bir dövrdə əhalinin sağlamlığının qorunması ilə yanaşı, rifahının yaxşılaşdırılması da dövlət siyasətinin əsas prioritet istiqamətidir. ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin üzvü olan millət vəkili deyir ki, hərbi təxribat nəticəsində mülki əhaliyə dəyən ziyanın aradan qaldırılması, həmin ərazidə bərpa quruculuq işlərinin aparılması sakinlərin öz normal həyatına dönüşü üçün çox əhəmiyyətlidir. Bununla belə, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işi də davam etdirilməlidir.


Create Account



Log In Your Account