Oct 21 2019 19:05
Views: 350

Bakı yenidən beynəlxalq dioloq üçün  platformaya çevrilib. Bu dəfə əsas mövzu ətraf mühitin qorunmasıdır. Bakıda  start götürən “Yaşıl Planet” beynəlxalq məktəbinin iştrakçıları MDB və Baltikyanı ölkələrdən olan tələbələr və gənc mütəxəssislərdir. Onların əsas məqsədi aktuallığını itirməyən ekoloji məsələlərin həllidir.  
Yaşıl planet –tələbələrin və gənc mütəxəssislərin təcrübə mübadiləsi və beynəlxalq layihələrin birgə icrası üçün  həmfikir yaşıdlarla əlaqələrin qurulması üçün  beynəlxalq platformadır.
Məktəbin fəaliyyətinə  Gənclər və İdman Nazirliyi , eləcə də MDB üzvü olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu dəstək verir .
Beynəlxalq gənclər məktəbi işini oktyabrın 26-na kimi davam etdirəcək. Məktəbin proqramına  ekoloji liderlik, təbii ehtiyatlardan səmərəli istifadə və ekoloji ekskursiyalar haqqında mühazirələr, seminarlar və master-klasslar daxildir.

 


Create Account



Log In Your Account