Oct 25 2019 15:39
Views: 374

“Bu forum qlobal enerji təhlükəsizliyinə töhfə verən mühüm əməkdaşlıq platformasıdır”. Bunu Bakıda keçirilən Beynəlxalq Enerji Xartiyası Forumu ilə bağlı CBC-yə müsahibəsində BP şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib. Bildirib ki, Azərbaycanın dünya enerji xəritəsində önəmli yer tutduğu bir dövrdə belə bir tədbirin Bakida keçirilməsi xüsusilə əhəmiyyətlidir. O, forumun mövzusunu iştirakçı ölkələr üçün faydalı hesab edir.

Forum bərpa olunan enerjinin inkişafı və texnologiyaların rolu, tənzimləyici mexanizmlər, enerji səmərəliliyinin təşviqi, regional səviyyədə təchizat təhlükəsizliyi mövzuları üzrə dörd sesisiyada işini davam etdirdi. 13 ölkənin dövlət rəsmiləri, ekspertlər və digər nümayəndələr mövzu ətrafında fikir mübadiləsi apardilar. Qeyd edildi ki, enerji effektivliyinin artırılması sahəsində tədbirlərin aparılacağı təqdirdə Azərbaycan ildə 2 milyard kubmetr qaza qənaət edə biləcək.

Forumun plenar iclaslarında əsas mövzulardan biri əməkdaşlığın yeni, ən perspektivli yollarının axtarışı oldu. İştirakçılar hər kəsi tərəfdaşlığı genişləndirməyə və inkişaf etdirməyə çağırdılar.

Forumda gələn il Azərbaycanda bərpa olunan enerji mənbələri üçün hərracın keçiriləcəyi barədə də məlumat verildi. Qeyd edildi ki, hərrac 5 külək, 3 günəş enerjisi stansiyasının quraşdırılması layihələri üzrə elan ediləcək. 2030-cu ildə alternativ və bərpa olunan enerji mənbələrinin Azərbaycanda istehsal edilən elektrik enerjisində payının 30%-a çatdırılması nəzərdə tutulur.

2020-ci ilin sonunda Beynəlxalq Enerji Xartiyası ölkələrinin nazirlərinin görüşü də Bakıda keçiriləcək.     


Create Account



Log In Your Account