Oct 07 2019 19:55
Views: 34

“Qarabağ Azərbaycandır və nida işarəsi”. Gənclər və İdman Nazirliyi və “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyinin 2019-cu il bu gündən  start verdiyi kampaniya məhz belə adlanır. Kampaniyanın məqsədi Ermənistan rəsmilərinin yalan və həqiqəti əks etdirməyən bəyanatlarının ifşasının, o cümlədən Qarabağın Azərbaycana məxsusluğunu sübut edən faktları beynəlxalq ictimaiyyətə bir daha çatdırılmasını təmin etmək üçün gəncləri, gənclər təşkilatlarını, xaricdə təhsil alan və yaşayan azərbaycanlı gəncləri səfərbər etməkdir. 
Kampaniya çərçivəsində tarixi sənədlər və faktlar, beynəlxalq qurumların qəbul etdiyi sənədlər, şəkillər və videolar “Facebook” və “Twitter” sosial şəbəkələrində #Karabakh #AllForKarabakh və #KarabakhIsAzerbaijan həştəqlərindən istifadə edərək BMT-nin rəsmi dillərində tvitlər, postlar paylaşılacaq.


Create Account



Log In Your Account