Aug 04 2020 17:58
Views: 216

“COVİD-19 infeksiyasının pandemiya elan edilməsindən xeyli müddət keçməsinə baxmayaraq, bu gün vəziyyəti təəssüf ki, stabilləşdirmək mümkün olmayıb”. Bunu Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov “Koronavirus pandemiyası: elmi tədqiqatlardan sağlam gələcəyin təminatına doğru” adlı onlayn konfransda deyib. Qeyd edib ki, COVİD-19 öz sələflərindən bir neçə xüsusiyyətinə görə fərqlənir. Əsas xüsusiyyəti virusun insan orqanizmində uzun müddət yaşamasıdır. Səhiyyə nazirinin müavini Rahim Əliyev COVİD-19-un qısa müddətdə dünyanın səhiyyə sisteminə, eləcə də istisadi durumuna mənfi təsir göstərməsindən söz açıb. Bildirib ki, Azərbaycanda pandemiya ilk gündən ölkə rəhbərinin yüksək nəzarətində olub və bu istiqamətində bir sıra tədbirlər həyata keçirilib. AMEA-nın vitse-prezidenti İradə Hüseynova pandemiya ilə bağlı aparılan elmi tədqiqat işləri barədə danışıb. Türkiyədə çalışan azərbaycanlı alim, Yıldız Teknik Universitetinin professoru Adil Allahverdiyev virusa qarşı vaksinlərin hazırlanması haqda məruzə ilə çıxış edib. O, bu sahədə apardığı araşdırmaları slaydlar vasitəsilə təqdim edib. Konfransda “Azərbaycanın antiviral bitkiləri və onların istifadə yolları”, “Uşaqlarda yeni koronavirus infeksiyası” və digər mövzularda Azərbaycan, rus və ingilis dillərində məruzələr dinlənilib. Videokonfrans öz işini davam etdirir.


Create Account



Log In Your Account