Jul 18 2019 19:10
Views: 439

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası qiymətli kağızlar bazarının inkişaf etdirilməsi və beynəlxalq investorların bazara diqqətinin artırılması məqsədilə ölkəmizin üzv olduğu beynəlxalq maliyyə institutları ilə uzun müddətdir sıx əməkdaşlıq aparır. Görülmüş işlər nəticəsində Azərbaycan qiymətli kağızlar bazarının tarixində ilk dəfə yerli valyutada beynəlxalq maliyyə institutlarının istiqrazları emissiya ediləcək.

Bu barədə studiyamızın qonağı olan MBNP-nin əməkdaşı Arif Cəlilovla söhbət etmişik.

A.Cəlilov qeyd edib ki, MBNP tərəfindən 16 iyul 2019-cu il tarixində nüfuzlu beynəlxalq maliyyə institutlarından biri hesab edilən Qara Dəniz Ticarət və İnkişaf Bankının ilkin mərhələdə ümumi məbləği 10 milyon manat olan istiqraz buraxılışı dövlət qeydiyyatına alınıb. Həmçinin, Qara Dəniz Ticarət və İnkişaf Bankı tərəfindən növbəti bir il ərzində ümumilikdə 50 milyon manat məbləğində yerli valyutada istiqrazların emissiyası nəzərdə tutulur. A.Cəlilov bildirir ki, bu cür nüfuzlu banka məxsus istiqrazların yerli valyutada kütləvi təklif üsulu ilə Bakı Fond Birjasında emissiyası Respublikamız üçün əlamətdar hadisədir.


Create Account



Log In Your Account