Feb 07 2019 18:03
Views: 728

Prezident İlham Əliyevin fərmanı ilə yaradılan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi“ Dağlıq Qarabağ münaqişəsi ilə bağlı elmi-analitik təhlilləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdıracaq”. Yeni qurumla bağlı gözləntilər barədə CBC-yə açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu belə deyib. Qeyd edib ki, bu mərkəz dünyada və regionda baş verən proseslərin təhlili ilə məşğul olacaq.

Yeni yaradılan mərkəzin əsas fəaliyyəti ölkənin xarici siyasətini araşdırmaq, dünyada baş verən proseslərin hərtərəfli təhlili işini daha da təkmilləşdirməkdir. Xüsusən də, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin müxtəlif aspektləri, beynəlxalq münasibətlər və təhlükəsizlik məsələləri ilə bağlı fundamental araşdırmalar aparılacaq. Politoloq Elxan Şahinoğlu hesab edir ki, prezidentin fərmanı ilə yeni yaradılacaq “beyin mərkəzi” Dağlıq Qarabağın Azərbaycanlı icması ilə sıx əməkdaşlıq şəraitində işləməlidir.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyinin beynəlxalq ictimai, siyasi və akademik dairələrə çatdırılmasında iştirak edəcək. Bu mərkəz həyata keçirdiyi elmi-analitik təhlilin nəticələri ilə dövlət orqanlarını təmin edən publik hüquqi şəxs olacaq.   


Create Account



Log In Your Account