Apr 22 2019 14:44
Views: 455

Yeni yaradılan və nizamnaməzi təqsdiqlənən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi əsasən üç istiqamətdə fəaliyyət göstərəcək. Bu barədə CBC-yə müsahibəsində mərkəzin idarə heyətinin sədri Fərid Şəfiyev məlumat verib. Onun sözlərinə görə, mərkəzin fəaliyyət istiqamətlərindən biri dövlət orqanlarının müvafiq sahədə analitik informasiya təminatını həyata keçirməkdir.

Mərkəzin fəaliyyətinin bir yönü də Azərbaycanın xarici siyasət xəttinin müxtəlif platformalarda işıqlandırılmasını təmin etməkdir. Bu məqsədlə xarici ölkələrdəki beyin mərkəzləri, tədqiqat institutları ilə əməkdaşlıq qurulacaq.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi yeni üslubda, fərqli qaydada fəaliyyət göstərməyi planlaşdırır. Daha çevik və dövrə uyğun fəlaiyyətin qurulması üçün indi Amerika, Avropa və xüsusilə də Çindəki mövcud təcrübə öyrənilir.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin bir neçə ay sonra tam gücü ilə fəaliyyətə başlanması gözlənilir. Publik hüquqi şəxs olan bu qurumda hazırda maliyyə və təşkilati məsəlləri həll olunur, əməkdaşlıq ediləcək şəxslərlə danışıqlar aparılır.

 


Create Account



Log In Your Account