Oct 11 2019 17:07
Views: 776

Azərbaycanın Avropa İttifaqı ilə çoxtərəfli əməkdaşlığında Şərq Tərəfdaşlğı proqramı xüsusi yer tutur.  Bu proqram çərçivəsində Azərbaycanda saha güclü iqtisadiyyat, idarəetmə, kənd təsərrüfatı, sahibkarlıq, vətəndaş cəmiyyəti, təhsil və əlaqələrin qurulması istiqamətində fərqli layihələr icra olunub. Bu gün Bakıda Beynəlxalq Münasiətlərin Təhlili Mərkəzinin təşəbbüsü ilə Azərbaycanla Şərq Tərəfdaşlğı Porqramının gələcəyi ilə bağlı təşkil olunan məsləhətləşmələr zamanı bu fikirlər vurğulanıb.
Azərbaycan uzun illər ərzində özünü Avropa İttifaqının etibarlı enerji tərəfdaşı kimi göstərib. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas çıxışında belə bildirib. qeyd edib ki,  müzakirələr çərçivəsində Azərbaycanın Avropa İttifaqı və "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlığın inkişafı ilə bağlı təkliflər dinləniləcək.
Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğunun bölmə rəhbəri Vasilis Maraqos bildirdi ki, indi Avropa İttifaqı altı şərq tərəfdaşı ölkəsi ilə birlikdə ticarət tərəfdaşıdır. Azərbycanın 2017-ci ildəki ticarətinin 36 faizi məhz Avropa İttifaqının payına düşür. Ticarətin həcmi də son illərdə 28 faiz artıb. 2009-cu ildən etibarən Avropa İttifaqının ayırdığı kreditlərin 207 milyon avrosu Azərbaycan şirkətinə verilib. Ümumilikdə 2014-cü ildən etibarən Şərq Tərəfdaşılığı proqramı çərçivəsində 30 mindən çox gənc mübadilə, yerdəyişmə və könüllülük proqramlarına iştirak edib. Avropa İttifaqı Lənkəran rayonunda aqrar-sənaye komplekslərinin inkişafına maliyyə dəstəyi verməyə hazırlaşır. bu məqsədlə 13 milyon avro ayrılacaq. Qeyd edək ki, bu məsləhətləşmələr Aİ-yə üzv ölkələrlə tərəfdaş ölkələr arasında bu ilin mayında Brüsseldə keçirilmiş və "Şərq Tərəfdaşlığı"nın yaradılmasının 10 illiyinə həsr olunmuş Yüksək Səviyyəli Konfransda başladılan qeyri-rəsmi fikir mübadiləsinin bir hissəsidir.


Create Account



Log In Your Account