Mar 12 2018 18:26
Views: 444

“Muğam aləmi” 5-ci Beynəlxalq Muğam Festivalının ikinci turunda 15 ölkədən 100-ə yaxın iştirakçı öz məharətini göstərir. Festivala Türkiyə, Moldova, Polşa, İran, İraq, Özbəkistan və digər ölkələrin nümayəndələri qatılıblar. Beynəlxalq muğam  müsabiqəsinə böyük maraq var.
5-ci Beynəlxalq Muğam Festivalının azərbaycanlı iştirakçıları fevral ayında ölkənin ifaçı - xanəndə və instrumentalistləri arasında keçirilən müsabiqənin qalibləridir.
heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Konservatoriyasının birgə keçirdiyi 5-ci Beynəlxalq Muğam Festivalı martın 14-dək davam edəcək.


Create Account



Log In Your Account