Mar 15 2018 17:05
Views: 799

“Muğam aləmi” 5-ci Beynəlxalq Muğam Festivalına yekun vurulub. Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Konservatoriyasının birgə dəstəyilə reallaşan festivala 15-dən çox ölkə qatılıb.
"Muğam aləmi" Beynəlxalq Festivalının təntənəli bağlanış mərasimi keçirilib. Festivalın bədii rəhbəri Xalq Artisti Firəngiz Əlizadə Azərbaycan muğam irsinin qorunması və təbliğində festivalın müstəsna rol oynadığını bildirdi. Qeyd etdi ki, festivalın artıq ənənəyə çevrilməsi böyük uğurdur. 
Bağlanış  mərasimində beynəlxalq muğam müsabiqəsinin qalibləri mükafatlandırıldı. 5-ci Beynəlxalq Muğam Festivalının qalibləri arasında Azərbaycan, İran, Özbəkistan, Tacikistan, Misir, İsrail və digər ölkələrdən olan gənc ifaçılar var. Yekun konsertdə azərbaycanlı muğam ifaçıları xarici ölkələrdəki həmkarları ilə birlikdə "Sarı Gəlin” mahnısını ifa etdilər.
Qeyd edəK ki, 5-ci Beynəlxalq Muğam Festivalı 7 gün davam edib.  Festival çərçivəsində məşhur xarici musiqiçilərin ifasında muğam axşamları və “Azərbaycanda muğam elmi: reallıqlar və perspektivlər” mövzusunda beynəlxalq elmi simpozium keçirilib. Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil olunan muğam festivalı 3 ildən bir keçiriləcək.


Create Account



Log In Your Account