Jul 17 2018 18:24
Views: 346

Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin 33-cü Konfransının növbəti tədbiri  - Türk sessiyası Azərbaycan Milli Konservatoriyasında baş tutub. Konfransda tanınmış mədəniyyət və incəsənət xadimləri, beynəlxalq musiqi təşkilatlarının nümayəndələri iştirak ediblər.Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva bildirib ki, Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin növbəti konfransının Bakıda keçirilməsi ölkəmizin dünya sivilizasiyasına və mədəniyyətinə növbəti töhfəsidir. Ölkəmizdə musiqi sahəsinin inkişafına dövlət xüsusi diqqət ayrırır. Bunun nəticəsidir ki, Azərbaycan muğam, Azərbaycan aşıq sənəti , tar və onun ifaçılıq sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Təhsil nazirinin müavini Firudin Qurbanov deyib ki, Azərbaycanda bir çox incəsənət yönümlü ali və orta ixtisas məktəbləri fəaliyyət göstərir. 9 ali təhsil ocağında 10 musiqi ixtisası üzrə kadrlar hazırlanır. Musiqi məktəblərində 3 mindən çox tələbə təhsil alır. Ölkəmizdə musiqi təhsilinin çox böyük tarixi var. Müsəlman şərqində ilk konservatoriya məhz Azərbaycanda yaradılıb. Konfransda musiqişünasların, musiqinin tədrisi üzrə mütəxəssislərin, professorların, həmçinin bir sıra beynəlxalq ekspertlərin məruzələri dinlənilib.


Create Account



Log In Your Account