Jul 14 2018 18:26
Views: 498

İyulun 15-dən Bakıda Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin 33-cü konfransı başlayacaq. Konfransda Amerika Birləşmiş Ştatları, Avstraliya, Çin, Yaponiya, Avropa ölkələri və Afrikadan 500-dən çox musiqi mütəxəssisi iştirak edəcək. daha əvvəl toplantının Türkiyədə keçirilməsi planlaşdırılsa da, sonradan plan dəyişib.
Beynəlxalq Musiqi təhsili cəmiyyətinin konfransı 2 ildən bir keçirilir. İlk dəfə anoloji tədbir 1953-cü ildə, Yunesko-nun təşəbbüsü ilə musiqi təhsilini stimullaşdırmaq məqsədilə təşkil olunub. Bu gün təşkilat dünyanın 80-dən çox ölkəsindən üzvləri birləşdirir və Yunesko-nun beynəlxalq musiqi şurasının tərkib hissəsidir.
Konfrans paytaxtın ayrı-ayrı sənət mərkəzlərində, Milli Konservatoriyada, Heydər Əliyev sarayında və Üzeyir Hacıbəyli adına Musiqi Akademiyasında keçiriləcək. Beynəlxalq tədbirin yüksək səviyyədə baş tutması üçün bu işlə xüsusi təşkilat komitəsi məşğul olur. Konfransın proqramı iki hissəyə bölünüb – beynəlxalq və türkdilli sessiyası.
Konfrans çərçivəsində iyulun 17-də Azərbaycan Milli Konservatoriyasında “Türk sessiyası” adlı xüsusi tədbir təşkil olunacaq. Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin  bundan öncəki konfransı 2016-cı ildə Şotlandiyanın Qlazqo şəhərində təşkil olunub.


Create Account



Log In Your Account