May 18 2018 18:31
Views: 520

Azərbaycan Xalça Muzeyində Beynəlxalq Muzeylər Gününə həsr olunmuş tədbir keçirilib. Muzeyin direktoru Şirin Məlikova bildirib ki, bu il Beynəlxalq Muzeylər Günü “Hiperkommunikasiya dövründə muzeylər: yeni yanaşmalar, yeni auditoriyalar” mövzusuna həsr olunub. Muzey direktoru qeyd edib ki, “Azərbaycan Xalça Muzeyi artıq bir neçə ildir ki, qədim xalçaçılıq texnikalarını yenidən dirçəldir. “Zili” onlardan biridir və ən qədim xalça növünə aiddir.  Mədəniyyət naziri Əbülfəs Qarayev bildirib ki, Azərbaycanda muzey şəbəkəsinin genişləndirilməsini, maddi-texniki bazasının gücləndirilməsi işi daim diqqətdə saxlanlıb. Son illər bu sahənin inkişafı ilə əlaqədar Prezident İlham Əliyev tərəfindən sərəncamlar imzalanıb, muzeylər yeni binalarla təmin edilib, ekspozisiyaları yenilənib. Qeyd edək ki, hazırda Azərbaycanda 200-dən çox muzey fəaliyyət göstərir.


Create Account



Log In Your Account