Oct 05 2019 17:48
Views: 222

Oktyabrın 22-dən start götürəcək Azərbaycan Beynəlxalq İnşaat “Bakubuild” sərgisi ərəfəsində Nəbatat bağında maraqlı aksiya keçirilib. Kiçikdən böyüyə hər kəs bağda quşlar üçün yuvalar və yemləmə evcikləri rəngləyib. Artıq ənənəvə çevrilən aksiyaya qatılan iştirakçılar sığırçınlar üçün müxtəlif formalı yuvaları rəngləyib. Yuvaları ABAD layihəsinin iştirakçıları təşkilatçıların sifarişi ilə hazırlayıb. Əsas məqsəd quşların say və növ tərkibinin qorunub saxlanmasına töhfə verməkdir.  Aksiyaya valideynləri ilə qatılan uşaqlar bu yolla təbiətə daha ehtiyatla yanaşmağı öyrənib.  Tədbirdə tanınmış memarlar da iştirak edib. Ümumilikdə 30 yeni yuva və 10 yemləmə evciyi quraşdırılıb.


Create Account



Log In Your Account