Aug 07 2019 18:54
Views: 257

Gördüyünüz gənclər bu günlərdə Bakıda keçirilən 31-ci Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycanı təmsil edirlər. Olimpiadaya ev sahibliyi ölkəmizə iki komanda ilə təmsil olunmaq hüququ qazandırıb. Bakının ən güclü texniki təmayüllü ümumtəhsil məktəblərində təhsil alan bu gənclərin yeganə hədəfi var. Azərbaycanı layiqincə təmsil etmək...Yalnız öz bilik və bacarığına güvənən bu gənclər ayrı-ayrılıqda yarışsalar da, komandanın ümidləri ilk günün nəticələrinə görə yaxşı nəticə göstərən Abutalıb Namazovadır. Ötən günkü  yarışın nəticələrinə görə o artıq bürünc medala iddiasını ortaya qoymağı bacarıb.

Olimpiadanın 2-ci yarış gününə hazırlaşan gənclər onun potensialına inanır. Əvvəldən gümüş medalı hədəfləyən Abutalıbın özü isə nəticələrdən danışmağa tələsmir. Ümumilidkə onların əsas hədəfi informatika üzrə mükəmməl təhsil almaq və Azərbaycanın gələcək parlaq zəkaları olmaqdır.Beynəlxalq informatika olimpiadası isə buna gedən yolda önəmli mərhələlərdən biridir. Çünki bu olimpiadada yer tutan istənilən şagirdin dünyanın sayılıb seçilən universitetlərinin tələbəsi olmaq şansı böyükdür...

Qeyd edək ki, bu il Azərbaycanlı şagirdlər 4 fənn üzrə beynəlxalq olimpiadadan medallar qazanıb. Ölkəmizdə keçirilən beynəlxalq informatika olimpiadasında medal qazanacağı halda, Azərbaycan şagirdləri 8 il öncəki uğuru təkrarlamış olacaq. Sabah olimpiadanın həlledici günüdür. Bütün ümidlərimiz isə bax bu gənclərədir...


Create Account



Log In Your Account