Aug 06 2019 18:44
Views: 276

Ötən gün Bakıda beynəlxalq ordu oyunları çərçivəsində “Dəniz Kuboku-2019” yarışlarının birinci mərhələsi keçirilib. Azərbaycan, Rusiya, Qazaxıstan və İran dənizçiləri Xəzərdə ən yaxşı olmaq hüququ uğrunda mübarizəyə qoşulublar. Onlar “Artilleriya atışlarının yerinə yetirilməsi”, “Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı” və “Dəniz hazırlığı” üzrə mərhələlərdə güclərini sınayacaqlar. “Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı”yarışlarında Azərbaycan hərbi dənizçiləri daha yaxşı nəticə göstəriblər.

Beynəlxalq Ordu Oyunları çərçivəsində keçirilən “Dəniz Kuboku” yarışı 2017-ci ildən etibarən Xəzərin Azərbaycan sektorunda təşkil olunur.

 “Dəniz kuboku-2019” beynəlxalq yarışması Xəzər dənizi ölkələri arasında əməkdaşlığın inkişafında böyük rol oynayır. Ötən il olduğu kimi, bu il də müşahidəçi qismində Türkiyə, Pakistan, Bəhreyn, Səudiyyə Ərəbistanı və BƏƏ-nin nümayəndələri çıxış edirlər. Proqramda futbol və voleybol üzrə yoldaşlıq oyunları da nəzərdə tutulur. Yarışların bağlanış mərasimi avqustun 15-də Bakıda keçiriləcək.


Create Account



Log In Your Account