Aug 06 2019 14:33
Views: 435

Ötən gün Bakıda beynəlxalq ordu oyunları çərçivəsində “Dəniz Kuboku-2019” yarışlarının təntənəli açılış mərasimi baş tutub. Bu gün isə artıq yarışların birinci mərhələsi keçirilir. Azərbaycan, Rusiya, Qazaxıstan və İran dənizçiləri Xəzərdə ən yaxşı olmaq hüququ uğrunda mübarizəyə qoşulublar. Onlar “Artilleriya atışlarının yerinə yetirilməsi”, “Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı” və “Dəniz hazırlığı” üzrə mərhələlərdə güclərini sınayacaqlar.

“Dəniz Kuboku-2019” beşinci beynəlxalq ordu oyunları çərçivəsində baş tutub. Yarış Rusiya Müdafiə Nazirliyinin təşkilatçılığı ilə keçirilir. Azərbaycan artıq üçüncü dəfədir ki, bu oyunlara ev sahibliyi edir.

 “Dəniz kuboku-2019” beynəlxalq yarışması Xəzər dənizi ölkələri arasında əməkdaşlığın inkişafında böyük rol oynayır. Ötən il olduğu kimi, bu il də müşahidəçi qismində Türkiyə, Pakistan, Bəhreyn, Səudiyyə Ərəbistanı və BƏƏ-nin nümayəndələri çıxış edirlər. Proqramda futbol və voleybol üzrə yoldaşlıq oyunları da nəzərdə tutulur. Yarışların bağlanış mərasimi avqustun 15-də Bakıda keçiriləcək.  


Create Account



Log In Your Account