May 15 2019 19:00
Views: 120

Bakı Ekspo Mərkəzində  25-ci yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi-“Worldfood”, 13-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi “Caspian Agro” start götürüb. Sərgi kompleksin üç zalında və açıq meydançasında keçirilir.  Dünyanın 32 ölkəsindən 440 şirkət, eləcə də 11 milli və regional qrupu bir araya gətirib. Ötən illə müqayisədə sərginin ekspozisiya sahəsi 20% artıb, iştirakçıların 70%-ni xarici şirkətlər təşkil edir. Açılış mərasimində çıxış edən  kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, Azərbaycanda aqrar sahə inkişafının yeni mərhələsinə daxil olub. Bildirib ki, bu sahədə həyata keçirilən islahatlar və tədbirlər öz bəhrəsini verir.

Azərbaycan Beynəlxalq Qida Sənayesi-“Worldfood” sərgisində 19 ölkədən 189 şirkət iştirak edir. İtaliya, Türkiyə və Şri Lanka milli stendlərlə çıxış edir, sahəsi genişlənmiş Belarus Respublikasının milli stendinin ekspozisiyasl eyni anda iki zalda təqdim edilir. Belarus stendində 30  şirkət iştirak edir.

Sərgidə “Made in Azerbaijan” brendi altında geniş çeşiddə qida məhsulları, ət və süd məhsulları, milli istehsalçıların digər məhsulları, metal konstruksiyalar təqdim olunur. Sərgiyə dəstək verən strukturlar da burda fəal iştirak edir. Qida Təhlükəsizliyi Agentliyi həm sərgi salonnda, həm də açıq platformada təmsil olunur.

Qida sənayesi sərgisində fəaliyyət göstərən startaplar, mikro və kiçik sahibkarlar öz məhsul və xidmətlərini təqdim edirlər. Onlara bu imkanı Kiçik və Orta Biznesin İnkişafı Agentliyi təqdim edir  və Türkiyənin Azərbaycanda fəaliyyət göstərən ən böyük banklarından biri dəstək göstərir. Sərgi çərçivəsində agentlik və bank arasında əməkdaşlıq memarandumunun imzalanması mərasimi də keçirildi.

Bu il “Caspian Agro”  dünyanın 26 ölkəsinini təmsil edən 240 şirkət nümayəndələrini bir araya gətirib. Sərgidə debüt edən şirkətlər in sayı tədbir iştirakçılarının 40%-ni təşkil edir. Sərginin ekspozisiyasında suvarma sistemləri, istixanalar üçün avadanlıqlar, parniklər, heyvandarlıq sahəsi üçün avadanlıqlar, heyvan yemləri, toxumlar, kənd təsərrüfatı texnikası nümayiş olunur.  Kənd Təsərrüfatı Nazirliyi ilk dəfə açıq platformada innovativ stendlə iştirak edir. Stenddə ən son yeniliklər, nazirlik tərəfindən dəstəklənən startaplar təqdim olunur. 3 gün davam edəcək sərginin zəngin proqramı var.   


Create Account



Log In Your Account