May 17 2019 17:09
Views: 155

Azərbaycanın malik olduğu resurslar insanların daha sağlam qida ilə təmin edilməsinə kömək edir. Bunu Baş nazirin müavini Əli Əhmədov II Bakı Beynəlxalq Qida Təhlükəsizliyi Konfransında deyib. Bildirib ki, Azərbaycan əhalisinin sayı artsa da, ərazisinin 20 faizi işğal altındadır. Bununla əlaqədar ölkənin kənd təsərrüfatı məhsulları ilə bağlı torpaq potensialı 20 faiz azalıb. Baş nazirin müavini bildirib ki, ölkədə aparılan islahatların bir istiqaməti də qida təhlükəsizliyi sisteminin təkmilləşməsi və standartlara uyğunlaşdırılmasıdır. 

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli qeyd edib ki, qida təhlükəsizliyi sistemi olduqca mürəkkəb struktura malik prosesdir. Bu baxımdan, agentliyin üzərinə mühüm vəzifələr düşür.

Tədbirdə ölkədə qida təhlükəsizliyinin təmin olunması istiqamətində prioritet məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Konfransda Qida Təhlükəsizliyi Agentliyin tabeliyində fəaliyyət göstərən eyniadlı institutla Türk Standartlar İnstitutu, Türkiyə Akkreditasiya Qurumu, ABŞ Meriland Universiteti, ABŞ-Azərbaycan Ticarət Palatası arasında əməkdaşlıq haqqında anlaşma memorandumları imzalanıb. “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nda qarşıya hədəf kimi qoyulmuş məsələlər müzakirə edilib.


Create Account



Log In Your Account