Apr 26 2019 14:53
Views: 207

“Yeni yaradılmış Əqli Mülkiyyət Agentliyinin qarşısında duran vəzifə  daha çevik, daha yığcam və daha məqsədyönlü struktur vasitəsilə bu sahənin idarə edilməsidir”. Bunu 26 aprel “Beynəlxalq əqli mülkiyyət” günü münasibətilə keçirilən seminarda Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov deyib. Qeyd edib ki, yeni qurum müəllif hüuquqları sahəsi ilə yanaşı, sənaye mülkiyyəti obyektlərinin idarə edilməsi, patent və əmtəə nişanlarının dair müraciət edən şəxslər üçün imkanlar yaradır. Ümumdünya Əqli Mükliyyət Təşkilatının təklifi ilə hər il keçirilən bu gündə müxtəlif tədbirlər təşkil olunur. Bu il keçirilən seminarın “Əqli mülkiyyət və idman” mövzusuna həsr olunduğunu bildirən Kamran İmanov bu mövzunun təsadüfən seçilmədiyini bildirib.

“Əsas məqsədimiz əqli mülkiyyətin idmanın inkişafına olan təsirini göstərməkdən ibarətdir. Bu, bizə imkan verir ki, əqli mülkiyyət hüquqlarının innovasiya və yaradıcılıq inkişafına oynadığı rol haqqında müəyyən söhbətlər açaq. Minilliklər boyu idman insanlarda doğurduğu heyranlıqla yanaşı yarışların cəlbediciliyin artırılmasına xidmət edir. Bu sözlərin Azərbaycan üçün xüsusi əhəmiyyəti var. Çünki Azərbaycan idman ölkəsidir”.


Create Account



Log In Your Account