Sep 28 2019 17:01
Views: 496

Hər il sentyabrın 29-u Beynəlxalq Ürək Günü kimi qeyd olunur. Bu gündə bütün dünyada müxtəlif tədbirlər keçirilir. Bakıda Beynəlxalq Ürək Gününə həsr olunmuş aksiya “Ürəyinin qəhrəmanı ol” adlanır. Qəhrəman olmaq isə elə də çətin deyil. Sadəcə aksiyanın keçirildiyi ticarət mərkəzinə yaxınlaşaraq, qanın təzyiqini, qanda olan xolesterini və şəkəri ölçmək lazımdır.
Beynəlxalq Ürək Gününün keçrilməsində əsas məqsəd insanların diqqətini ürək-damar problemlərinə yönəltməkdir. “Ürəyinin qəhrəmanı ol” aksiyası isə günün 24 saatını, ilin 365 gününü dayanmadan işləyən bu orqanın vəziyyətindən, heç olmasa ildə bir dəfə agah olmaq imkanını yaradır. Buna qədər 13 min insanın qəlbinə sözün əsl mənasında toxunmağı bacaran ürək-damar cərrahı Kamran Musayev tibbi marifləndirmənin vacibliyini vurğulayıb.


Create Account



Log In Your Account