May 30 2019 17:21
Views: 287

Xəzəryanı regionun energetika sektoru üzrə ən irimiqyaslı tədbiri - 26-cı Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisi öz işini davam etdirir. Sərgidə dünyanın 34 ölkəsini təmsil edən 301şirkət iştirak edir. Bura dünyanın neft-qaz, ümumilikdə energetika sektorunu təmsil edən aparıcı şirkətlər də daxildir. Eyni zamanda tədbirdə yerli şirkətlər, xüsusilə SOCAR-ın ayrı-ayrı müəssisələri geniş təmsil olunur.

Azərbaycan, ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, MDB ölkələri, Türkiyə və digər dövlətlərin qabaqcıl şirkətləri milli stendlərdə ən son mallarını təqdim edirlər. Burada neft-qaz saxlama sistemlərinin təmin edilməsi üzrə avadanlıqlara, platforma, üzən qazma qurğuları və digər məhsullara, eləcə də servis xidmətlərinə rast gəlinir.

“Xəzər Neft və Qaz” sərgisi Azərbaycan Energetika Nazirliyi və Azərbaycan Dövlət Neft Şirkətinin dəstəyi ilə keçirilir. Təşkilatçıları qismində “Iteca Caspian” və “ITE Group” şirkətləri çıxış edirlər. Sərgi iyunun 1-də yekunlaşacaq.


Create Account



Log In Your Account