May 08 2018 19:00
Views: 742

“İndi Azərbaycanda 3 mindən artıq talassemiya xəstəsi var və mövcud dövlət proqramı çərçivəsində talassemiyalı xəstələrə xüsusi qayğı göstərilir.” Bu barədə Talassemiya Mərkəzinin direktoru Valeh Hüseynov “Beynəlxalq Talassemiya Günü” ilə bağlı keçiriilən mətbuat konfransında deyib. Bu istiqamətdə dövlət proqramlarının uğurla həyata keçirildiyini deyən Valeh Hüseynovun sözlərinə görə, Azərbaycanda hazırda 1 milyona yaxın talassemiya daşıyıcısı var, lakin aparılan maarifləndirmə işləri sayəsində bu xəstəliyin yayılmasında azalma müşahidə olunur.
Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində inşa edilən Talassemiya Mərkəzinin qarşısında duran vəzifələrdən biri də bölgələrdə maarifləndirmə işlərinin aparılmasıdır. Valeh Hüseynov qeyd edib ki, qarşıya qoyulan hədəflərdən biri donoru olmayan xəstələrə donor tapılmasında yardım etməkdir.
Qeyd edək ki, 8 may bütün dünyada Beynəlxalq Talassemiya Günü kimi qeyd edilir. Talassemiya irsi keçən qan xəstəliyidir. Ata və ana hər ikisi talassemiya daşyıcıları olduğu təqdirdə, onların dünyaya gətirdikləri körpə ağır formalı talassemiya xəstəsi ola bilər. Müalicəsi çətin və bahalı olan talassemiya xəstəliyində hər xəstə həyatı boyu mütəmadi olaraq qan almaq məcburiyyətindədir. Belə xəstələrə 3-4 həftə ərzində 1-2 dəfə qan köçürülməsi zəruridir. Talassemiya xəstəliyinə tutulmuş uşaqlar vaxtında və düzgün müalicə olunarsa, sağlam həmyaşıdlarından heç nə ilə seçilmir.


Create Account



Log In Your Account