Mar 27 2019 18:12
Views: 446

Yüksək texnologiyalar əsrində kommunikasiya vasitələrinin sürətli inkişafı, internet və televiziyanın cəmiyyətin həyatında mühüm yer tutmasına baxmayaraq teatr öz aktualığını qoruyub saxlayır. Baş verənləri real zamanda səhnədə müşahidə etmək imkanı, canlı emosiyalar teatrın unikal incəsənət sahəsi olmasının təmin edən əsas amillərdir. Bu gün Azərbaycanda 20-dən çox dövlət teatr truppası fəaliyyət göstərir. Bununla yanaşı müstəqil və həvəskar teatr kollektivləri də var. Azərbaycanda teatra maraq isə ildən-ilə artır və bu da təsadüfü deyil.  Teatr səhnlərində maraqlı tamaşalar nümayiş etdirilir, yeni istedadlı aktyorlar nəsli yetişir. Mart ayında teatr ictimaiyyəti peşəkar bayramı 2 dəfə qeyd edir. 10 mart Azərbaycanda milli teatr günü kimi qeyd olunur. 27 mart isə beynəlxalq teatr günüdür. Azərbaycan teatrları bu gün bir sıra ölkələrin teatrları ilə də sız əməkdaşlıq edir.  Dövlət Akdemik Musiqili Teatrı bir çox ölkələrin teatr kollektivləri ilə birgə tamaşalar hazırlayır, qarşılıqlı qastrol səfərləri təşkil edir.
Azərbaycan teatrı beynəlxalq layihələRin də fəal iştirakçısıdır.  Səməd Vurğun adına Dövlət Akademik Rus Dram Teatında Rusiyalı rejissor Kiril Zaborixinin quruluşunda “Ölmüş Şahzadə və 7 pəhləvanın nağılı” tamaşasının premyerası olub.
Gələn il Dövlət Akademik Rus Dram tetarı 100 iliyini qeyd edəcək. Beynəlxalq layihələr teatrda yaradıcılq prosesinin ayrılmaz hissəsidir. Teatrın səhnəsində Sankt-Peterburq Böyük Dam teatrı, Vladimir Mayakovski adına Moskva teatrı, Qriboyedev adına Tbilisi rus Dram teatrının tamaşalar nümayiş etdirib. Dövlət Akademik Rus Dram tetarının tamaşaları isə MDB ölkələrinin teatrlarının əhnələrində nümayiş olunub.
Qeyd edək ki Azərbaycanda teatrın inkişafına dövlət səviyyəsində xüsusi diqqət göstərilir. Bu mart ayının 4-də Prezident İlham Əliyev Azərbaycan teatrlarının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama uyğun olara bir sıra teatrlara maliyyə yardımı ayrılıb. Dövlət başçısının digər sərəncamı ilə "Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına "akademik” statusu verilib.


Create Account



Log In Your Account