Jan 24 2019 16:21
Views: 1158

Birləşmiş Millətlər Təşkilatı yanvarın 24-nü Beynəlxalq Təhsil Günü elan edib. BMT qeyd edir ki, təhsil hər bir ölkədə dayanıqlı inkişafın əsas amilidir. UNESCO-nun baş direktoru Odri Azulenin Beynəlxalq Təhsil Günü ilə əlaqədar müraciətində qeyd olunur ki, bütün dövlətlərdə hərtərəfli, ədalətli və keyfiyyətli təhsili təmin etmədən yoxsulluğu aradan qaldırmaq mümkün olmayacaq. Azərbaycan da BMT və UNESCO-nun təhsilin inkişafı ilə bağlı müəyyənləşdirdiyi hədəflərə doğru irəliləyir. Bu hədəflər “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında əks olunub.

Təhsilin inkişafı ilə bağlı dövlət siyasətinin istiqamətlərindən biri hər bir insanın təhsil haqqının təmin olunmasıdır. Azərbaycan vətəndaşlarının xaricdə təhsil imkanlarının artırılması istiqamətində məqsədyönümlü addımlar biri 2007-2015-ci illər dövlət proqramı olub. Ekspertlər hesab edir ki, xaricdə təhsil imkanları ilk növbədə magistr pilləsində təhsil alanlara yaradılmalıdır.

Təhsilin inteqrasiyasının əsas vektorlarından biri də Azərbaycana təhsil almağa gələn əcnəbi tələbələrə yaradılan imkanlardır. Ekspert hesab edir ki, burada əcnəbi tələbələr üçün imkanların genişləndirilməsinə ehtiyac var.

Hazırda dünyada 262 milyon uşaq, yeniyetmə oğlan və qızlar məktəbə getmir, 617 milyon uşaq və yeniyetmə oxumağı və adi hesabı bacarmır. Təxminən 4 milyon qaçqın uşağın məktəbə getmək imkanı yoxdur. Azərbaycan da 2019-cu ildə təhsilin inklüziv keyfiyyətlərinin artırılması üzərində çalışacaq. Artıq Təhsil Nazirliyi UNİCEF-lə birgə bununla bağlı məlumatlandırma kampaniyası həyata keçirməyə hazırlaşır.


Create Account



Log In Your Account