Oct 11 2018 18:11
Views: 214

“Uşaqların gələcəyinə sərmayə”…Bakı Ekspo Mərkəzdə başlayan 12-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisi bu deviz altında keçirilir. Ötən illərlə müqayisədə sərgidə daha geniş pavilyonda təmsil olunan Təhsil Nazirliyi təhsilin inkişafı sahəsində son illər həyata keçirilən islahatları, innovasiyaları, pilot layihələri təqdim edir. Məqsəd əhalini təhsil sahəsinin müxtəlif pillələrində inkişafla yaxından tanış etmək və hər kəsə seçim imkanı yaratmaqdır. Yeni texnoloji həllərin tədrisdə istifadəsini nəzərdə tutan pilot layihələr xüsusi marağa səbəb olub.
Xarici şirkətlər orta və ali məktəblər üçün innovasiya sistemlərini nümayiş etdirir.
Sərgi dünyanın 12 ölkəsindən 135 iştirakçını bir araya gətirib. Bu il 4 ölkə milli stendlərlə çıxış edir. Bunlar Rusiya, Türkiyə, Çex Respublikası və Litvadır. Rusiya milli stnedinin açılışını Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov şəxsən özü edib. Burada Rusiyanın müxtəlif istiqamətlər üzrə mütəxəssis hazırlayan aparıcı 10 ali məktəbi təqdim olunur.
Sərgidə Azərbaycanın 18 ali məktəbi stendlərlə çıxış edir. Ölkənin aparıcı ali TƏHSİL OCAQLARI bakalavr və magistr pillələrində təhsil imkanlarını təqdim edir.
3 gün davam edəcək sərgi çərçivəsində treninq və mühazirələrin keçirilməsi də nəzərdə tutulur.  Daha çox yuxarı sinif şagirdləri, müəllim və tələbələrin diqqətini cəlb edən sərgi oktyabrın 13-nə qədər davam edəcək.


Create Account



Log In Your Account