Jan 29 2019 18:06
Views: 639

Ermənistanda siyasətçi və jurnalist Mger Yegiazaryanın həbsxanada aclıqdan ölməsinə beynəlxalq ictimaiyyət ciddi hüquqi-siyasi qiymət vermir. Ekspertlər bu qənaətdədir. Onların fikrincə, siyasi baxışlarına görə həbsdə saxlanılan və aclıqdan dünyasını dəyişən bir insanın ölümünə beynəlxlalq təşkilatların son dərəcə laqeyd münasibəti dünyadakı ikili standartların mövcudluğunu bir daha bariz şəkildə göstərir.

“Erməni Qartalları: Vahid Ermənistan” partiyasının sədr müavini, Haynews.am sartının rəhbəri 50 yaşlı Yegiazaryan cəza çəkdiyi “Nubaraşen” həbsxanasında məhz aclıqdan dünyasını dəyişib. Yegiazaryan ötən il dekabrın 5-də aclıq aksiyasına başlamışdı. Mger Yegiazaryanın ölümü ilə bağlı beynəlxlalq təşkilatların mövqeyini ifadə edən heç bir konkret sənəd və bəyanat yoxdur. Nəzərə alsaq ki, Yegiazaryan həm jurnalist, həm siyasətçi, həm də fiziki qüsurlu şəxsdir və bu cür insanların hüquqları Avropa İnstitutlarının məxsusi himayəsi altında olur, bu fonda Avropa Ittifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə sözçüsü Maya Koçiyançiçin məsələyə münasibəti kifayət qədər neytral və dişsizdir.

Ekspertlər qeyd edirlər ki, insan hüquqlarını müdafiə edən qurumların, beynəlxalq təşkilatların məsələyə ciddi və qəti mövqe bildirməməsi müəyyən suallar yaradır.

Mger Yegiazaryan 2018-ci ilin dekabrında dələduzluq və hərbçilərdən pul almaq ittihamı ilə həbs edilib. Ermənistanın Ədliyyə Nazirliyi isə Yegiazaryanın ölüm səbəbini gizlədərək, faktla bağlı araşdırma aparıldığını bəyan edib.


Create Account



Log In Your Account