Nov 14 2017 18:36
Views: 693

Azərbaycanda ətraf mühitin qorunması və  ona dəyən zərərin azaldılması  istiqamətində önəmli işlər görülür.  Alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə təşviq və dövlət dəstəyi bu istiqamətdə atılan  önəmli addımlardandır.  Bununla yanaşı, dünyada sürətlə yayılmaqda və  inkişaf etməkdə olan digər  yaşıl texnologiyaların  tanıdılmasına və təbliğatına  ehtiyac böyükdür. Noyabrın 14-dən işə başlayacaq  “8-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi”nin məqsədi  həmin texnologyaların tanıdılmasıdır.
7 ölkədən 53 şirkətin təmsil olunacağı sərgidə Azərbacyanın bəzi dövlər  qurumları da iştirak edəcək.  Sərginin sonuncu günündə bölgədəki mühüm ekoloji proseslərə həsr olunan konfrans keçirilməsi nəzərdə tutulur.
 “8-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi” işgüzar əlaqələrin genişləndirilməsinə, habelə sənayedəki yeniliklərlə tanışlığa imkan yaradacaq. Ekologiya və Təbii sərvətlər nazirliryi, həmçinin  İDEA ictiami birliyinin tərəfdaşlıq etdiyi sərgi noyabrın 16-dək davam edəcək.


Create Account



Log In Your Account