Sep 03 2019 18:16
Views: 688

Bakıda ilk dəfə olaraq “İntour” beynəlxalq turizim sammiti başlayıb. Turizm sahəsinin 1000-dən çox mütəxəssisini özündə birləşdirən sammitdə otel menecerləri, aviaşirkət nümayəndələri, tur operatorları, marketoloqlar, menecerlər və digər mütəxəssislər iştirak edirlər. Sessiyalar çərçivəsində, həm bölgə, həm də bütün dünya üçün aktual olan yeni imkanlar və sənayenin aktual problemləri müzakirə ediləcək. Azərbaycan Turizm Bürosunun baş direktoru Florian Zenqstşmidin sözlərinə görə, ölkə turizmində beynəlxalq əməkdaşlığın inkişafı ilə bağlı proqnozlar çox nikbin və eyni zamanda, realdır. 
Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycana gələn turistlərin sayı 7,5 faiz artıb. Ölkəni ziyarət edən əcnəbilərin sayı 1 milyon 77 min nəfər təşkil edir. Onların da böyük əksəriyyəti Avrasiya ölkələrindən - Çin və Koreyadandır. Azərbaycana turist axınını stimullaşdırmaq üçün xarici ölkələrlə təcrübə mübadiləsi çox vacibdir.
Beynəlxaq sammit sentyabrın 4-dək davam edəcək. Sammit çərçivəsində panel müzakirələri aparılacaq. “İntour sammiti”nin yeni əməkdaşlıqların qurulması üçün vacib platforma olacağı planlaşdırılır.
 

 


Create Account



Log In Your Account