Sep 19 2019 19:03
Views: 296

Beynəlxalq Xəzər EnerjiFforumunun 2 ci sessiyası  maliyyə, investisiya, gömrük məsələlərinin müzakirəsinə həsr olunub. Sessiya Caspian European Club ilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu arasında əməkdaşlıq barədə memorandumun imzalanması ilə start götürüb.

Daha sonra söz məruzəçilərə verilib. Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov qurumun büdcə öhdəliyini 115 faiz yerinə yetirdiyini və hesabat dövründə 382 milyon manat əlavə vəsait büdcəyə köçürüldyünü deyib. Sədr müavinin sözlərinə görə “elektron növbə”nin yaradılması ilə bağlı layihə icradadır.

Komitənin idarə rəsisi Səməd Qaralov isə bildirib ki, yaşıl dəhliz buraxılış sisteminə müraciət edənlərin 75 faizinə daimi istifadə hüququnun verildiyini deyib.

Forumda çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov mikro, kiçik və orta sahibkarlığın inkişafı üçün maliyyə mənbəlerinə əlçatanlığın artırılması üçün agentliyin gördüyü işlərdən danışıb.  Orxan Məmmədov rəhbərlik etdiyi qurumun  Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə mikro və kiçik sahibkarlara, xüsusilə də startaplara dəstək göstərdiyini vurğulayıb.

Forumun 2-ci sessiyasinda həmçinin Azərbaycanın tranzit ölkə kimi resurslarindan daha aktiv şəkildə istifadənin vacibliyi vurğulanıb. Qeyd olunub ki, ölkənin qonşu dövlətlərlə tranzit məsələlərində rəqabət aparması üçün ilk növbədə logistika tariflərinə yenidən baxılmalıdır.


Create Account



Log In Your Account