May 23 2019 18:25
Views: 280

Bakı Ekspo Mərkəzində mayın 29-dan start götürəcək 26-cı Beynəlxalq Xəzər Neft və Qaz , eləcə də 9-cu Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji  sərgilərində 34 ölkədən 290 şirkət iştirak edəcək. Həmin şirkətlərin 24 faizi sərgidə ilk dəfə təmsil olunacaq. bu barədə sərgilərə həsr olunmuş mətbuat konfransında “Iteca Caspian” şirkətinin baş direktoru Fərid Məmmədov məlumat verib. bildirib ki, bu il sərgiyə maraq daha da artıb.

Bu il sərgidə Çin, Belarus, Rusiya və Almaniyadan olan debütant şirkətlər geniş stendlə təmsil olunacaqlar. Sərgidə əsas diqqət texnologiyalara yönəldiləcək.

30-31 may tarixlərində isə Xəzər Neft və Qaz Konfransı təşkil olunacaq. Bu il konfransa qatılan nümayəndələrin sayı 500-dən çoxdur. Təşkilatçılar konfransla bağlı bir sıra yeniliklər ediblər.

Konfrans çərçivəsində SOCAR-ın yeni süni intellekt layihəsinin təqdimatı da nəzərdə tutulub. Müzakirələrin əsas mövzularından biri neft-qaz sektorunda texnologiyaların tətbiqi olacaq. Qeyd edək ki,iyunun 1-dək davam edəcək 26-cı Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin əsas tərəfdaşı SOCAR-dır. tədbirin qızıl sponsoru BP, gümüş sponsoru isə Türkiyə Petrolları şirkətləridir.


Create Account



Log In Your Account