Sep 17 2019 19:20
Views: 193

Bakı Ali Neft Məktəbi və İtaliyanın Milan-Bikokka Universitetinin birgə təşkilatçılığı ilə Bakıda “Yaşıl enerjinin idarə olunması” mövzusunda beynəlxalq yay məktəbi təşkil edilib. Layihəyə İtaliyanın Azərbaycandakı səfirliyi və "Maire Tecnimont” Şirkətlər Qrupu da dəstək veirir. Tədbirdə İtaliya, Birləşmiş Krallıq, Fransa, Almaniya, və digər ölkələrin müxtəlif ali təhsil müəssisələrinin nümayəndələri iştirak edir.

İştirakçılar yerli və beynəlxalq ekspertlərin mühazirələrini dinləmək, eləcə də müxtəlif məşğələlərə qatılmaq imkanı qazanacaqlar. Mühazirələrin mövzuları yaşıl enerji üzrə dayanıqlı inkişaf modellərinin təkmilləşdirilməsinə təkan verəcək. “Dünyada enerji – bərpa olunan enerji”, “Enerji resursları və onların ekologiyaya təsiri”, “Külək və günəş enerjisi”, “Azərbaycanda enerji mənbələri və digər mövzuları ətrafında müzakirələr aparılacaq.

Yay məktəbinin proqramına yerli və beynəlxalq ekspertlərin birgə müzakirələri, ölkəmizdə fəaliyyət göstərən istehsal strukturlarına təşkil edilən texniki səfərlərdə iştirak da daxildir. Bundan başqa  ekskursiyalar, Bakı şəhərinin tarixi yerlərinə gəzinti kimi sosial və mədəni fəaliyyətlər də nəzərdə tutulub.

Proqram sentyabrın 24-dək davam edəcək. Xarici ölkələrin nümayəndələri Bakı Ali Neft Məktəbinin timsalında Azərbaycanda ali təhsil sistemi ilə tanış olmaq imkanı da əldə edəcəklər. Yay məktəbinin sonunda iştirakçılara sertifikatlar və hədiyyələr veriləcək.


Create Account



Log In Your Account