Apr 20 2018 18:30
Views: 1036

Azərbaycan Dövlət Neft Şirkətinin Ekologiya idarəsi 22 aprel - “Beynəlxalq Yer Kürəsi günü”nə həsr olunan aksiya keçirib. Azərbaycan-Britaniya kollecinin şagirdlərinin SOCAR-ın Qala qəsəbəsindəki “Eko-park Ekoloji Tədqiqatlar Mərkəzi”nə ekskursiyası təşkil olunub.
Ağacəkmə aksiyasından öncə məktəblilərə bu günün əhəmiyyəti barədə məlumat verildi. Bildirildi ki, bu günün məqsədi insanların diqqətini ətraf mühitin çirkləndirilməsi, canlı aləmin qorunub saxlanılması problemlərinə cəlb etməkdir.
Azərbaycan-Britaniya kollecinin şagirdləri Eko-parkın ərazisi ilə tanış oldular, ətraf mühitin mühafizəsi haqqında bilgiləndirildilər. Onlar qapalı şitilxana kompleksində  ağac əkdilər. Hər bir məktəbli əkdiyi ağacın üzərinə öz adını qeyd etdi.
BMT Baş Assambleyasının 2009-cu ildə qəbul etdiyi qətnamə əsasında “Beynəlxalq Yer Kürəsi Günü” hər il aprelin 22-də 190-dan çox ölkədə qeyd olunur.


Create Account



Log In Your Account