Jul 02 2020 17:56
Views: 286

Koronavirus infeksiyasına yoluxan və Mərkəzi Gömrük Hospitalında müalicə olunan əməkdar artist Bəhram Bağırzadə ayılıb. Bu barədə Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev bildirib. O, Bəhram Bağırzadənin səhhətində qismən bərpa olunma baş verdiyini deyib. Bununla belə, əməkdar artistin vəziyyətinin hələ də ağır olduğunu qeyd edib.

Xatırladaq ki, Bəhram Bağırzadə daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının Reanimasiya şöbəsinə köçürülüb. Onun ağciyər toxumasının 90%-dən çox zədələndiyi məlum olmuşdu. Buna görə xəstənin ECMO cihazına qoşulması qərara alınmışdı. 


Create Account



Log In Your Account