Jul 08 2020 17:41
Views: 212

Koronavirusdan müalicə olunan əməkdar artist Bəhram Bağırzadənin səhhətində əhəmiyyətli yaxşılaşma var. Bu barədə Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev məlumat verib. Onun sözlərinə görə, Bəhram Bağırzadə  artıq oturur və aktiv hərəkətlərə cəhd edir.

Qeyd edək ki, əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan  iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Onun 90%-dən çox ağciyər toxumasının zədələndiyi məlum olub. Xəstənin EKMO cihazına qoşulmasına qərar verilib.İyulun 1-də Bəhram  Bağırzadə EKMO cihazından ayrılıb.

Xatırladaq ki, indiyədək Azərbaycanda 21 min 374 nəfərin koronavirusa yoluxması faktı qeydə alınıb. Onlardan 12 min 635 nəfər müalicə olunaraq sağalıb. 265 nəfər vəfat edib. 8474 nəfərin müalicəsi davam edir.


Create Account



Log In Your Account