Jan 11 2020 18:28
Views: 342

Qırğızıstanın paytaxtı Bişkekdə Azərbaycan-Qırğızıstan Dostluq parkının təməlqoyma mərasimi keçirilib.mərasimdə Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov iştirak edib. Qırğızıstan Prezidenti Azərbaycan-Qırğızıstan Dostluq parkının və Heydər Əliyev adına məktəb binasının layihəsi ilə tanış olub. Prezident Sooronbay Jeenbekov və Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov parkın təməlini qoyublar. Qırğız Respublikasının Prezidenti Sooranbay Jeenbekov Bişkek şəhərində məktəb kompleksinin tikilməsinə, eyni zamanda paytaxtın ən görkəmli rayonlarından birində möhtəşəm parkın salınmasına göstərdiyi təşəbbüsə və verdiyi böyük dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib. Azərbaycanla Qırğızıstan arasında dostluğun tarixi köklərə dayandığını bildirən Prezident qeyd edib ki, Qırğızıstanda 20 mindən çox azərbaycanlının yaşaması da bu münasibətlərin daim yüksələn xətlə inkişafına möhkəm zəmin yaradır.Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov Prezident İlham Əliyevin müraciətini oxuyub. Səfir qeyd edib ki, Dostluq Parkı hər iki dövlət başçısının təşəbbüsü və razılığı əsasında tikilir. Diplomatın sözlərinə görə, qırğızlar və azərbaycanlıları yalnız ortaq keçmiş deyil, uzun sürən səmimi dostluq və qardaşlıq münasibətləri, həm də müasir tarix birləşdirir. Qeyd edək ki, tikintisinin bu il ərzində başa çatdırılması planlaşdırılan Azərbaycan-Qırğızıstan Dostluq parkı paytaxt Bişkekin ən əhəmiyyətli rayonlarından birində yerləşir. 5,5 hektarlıq əraziyə malik olan parkın ərazisində müxtəlif xarakterli tədbirlər və konsertlərin keçirilməsi üçün amfiteatr, bir neçə fəvvarə kompleksi, xiyabanlar, uşaq əyləncə meydançaları, istirahət zonası, avtodayanacaq və digər obyektlər olacaq.


Create Account



Log In Your Account