Aug 12 2020 14:42
Views: 200

Binəqədi rayonunun Biləcəri qəsəbəsi Yəhya Hüseynov küçəsində təmir işləri aparılıb. Bu küçə Biləcəri qəsəbəsinin əsas yollarından biri hesab olunur və qəsəbə sakinlərinin Binəqədi-Biləcəri avtomobil yoluna, o cümlədən şəhər mərkəzi və Sumqayıt istiqamətinə rahat gediş-gəlişini təmin edir.

Aparılan təmir-tikinti işləri çərçivəsində köhnə asfalt beton örtüyünün üst qatı çıxarılıb, asfalt-beton örtüyü döşənib.Asfaltlanma işləri ümumilikdə 20 min kv.m-ə yaxın sahəni əhatə edib.

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ümumi uzunluğu 2.7 km, eni isə 12 metr olan yol boyu tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllıqla yenidənqurma və bərpa işləri həyata keçirilib. Qeyd edək ki, bundan bir müddət öncə qəsəbənin daha bir mərkəzi yolu olan 2.5 km uzunluğa malik Asəf Zeynallı küçəsində yenidənqurma işləri aparılaraq yekunlaşdırılıb.


Create Account



Log In Your Account