Nov 04 2019 16:21
Views: 70

Mərkəzi Seçki Komissiyasının təşkilatçılığı ilə bələdiyyə seçkilərində müraciətlərin araşdırılmasına həsr olunmuş seminar keçirilib. Məqsəd vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən şikayətlərin araşdırılması üçün dairə seçki komissiyaları nəzdində fəaliyyət göstərən ekspert qrupu üzvlərinin maarifləndirilməsi, fəaliyyətlərinin daha da təkmilləşdirilməsidir. Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımov bildirib ki, 2 həftədən çoxdur bələdiyyə seçkilərinə hazırlığa start verilib. MSK tədbirlər planına uyğun olaraq, bir sıra layihələri gerçəkləşdirib. Layihə çərçivəsində Gəncə, Şəki və Masallıda tədbirlər keçirilib. Bakıdakı seminar layihənin son tədbiridir. MSK rəsmisi əlavə edib ki, bu günlərdə dairə seçki komissiyalarına namizədlərin sənədlərinin geri qaytarılması prosesi başlanılıb.


Create Account



Log In Your Account