Oct 11 2019 19:42
Views: 244

“Bu il dekabrın ikinci yarısında Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Mərkəzi Seçki Komissiyası seçkilərə hazırlıq işlərini yekunlaşdırır”. Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar-müşavirədə deyib. Bildirib ki, ölkədə fəaliyyət göstərən 1606 bələdiyyəyə 15 mindən artıq üzvün seçiləcəyi gözlənilir. O, Azərbaycanda seçki sisteminin Avropa standartlarına uyğunlaşdırıldığını söyləyib. Qeyd edib ki, bələdiyyə seçkilərində səsvermə prosesini izləmək üçün beynəlxalq təşkilatların nümayəndələri dəvət ediləcək.
Prezidentin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyevsə deyib ki Azərbaycanda indiyədək 4 bələdiyyə seçkiləri keçirilib. Qeyd edib ki, son dövrlər bələdiyyələrin statuslarında ciddi dəyişikliklər baş verib və onlara əlavə səlahiyyətlər verilib.
Daxili işlər nazirinin müavini, general-leytenant Oruc Zalov qeyd edib ki, bu gün Azərbaycan dünya miqyasında ən təhlükəsiz və sabit ölkələrdən biridir. Daxili işlər orqanları seçkilərin sabitlik və əmin-amanlıq şəraitində keçirilməsi üçün bütün zəruri tədbirləri görəcək.
Baş prokurorun birinci müavini Rüstəm Usubov isə bildirib ki, seçki prosesinə müdaxilə edən şəxslər Cinayət və İnzibati Xətalar məcəllələrinə uyğun olaraq məsuliyyətə cəlb ediləcəklər.


Create Account



Log In Your Account