Jan 25 2019 18:23
Views: 441

Qanunvericiliyə əməl etməyən, bələdiyyə aktlarını Ədliyyə Nazirliyinə təqdim etməyən bələdiyyə sədrləri, onların vəzifəli şəxsləri ilə bağlı inzibati tənbeh tədbirlərinin görülməsi barədə protokollar təqdim edilib. Bunu Milli Məclisin regional məsələlər komitəsinin iclasında Ədliyyə Nazirliyi yanında Bələdiyyələrlə İş Mərkəzinin illik məruzəsi təqdim edən nazir müavini Vilayət Zahirov deyib. Bildirib ki, nazirlik yerli özünüidarə orqanlarına nəzarəti beynəlxalq qanunvericilikdə nəzərdə tutulduğu kimi bələdiyyələrin müstəqilliyinə toxunmadan həyata keçirir və bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirir. 2018-ci il Azərbaycanın ictimai siyasi həyatında əlamətdar il olduğunu qeyd edən nazir müavininin sözlərinə görə, ölkədə gedən iqtisadi inkişaf bələdiyyə institutuna da müsbət təsir edib. Nazir müavini bildirib ki, ümumilikdə nazirliyə təqdim olunan bələdiyyə aktlarının sayında artım müşahidə olunub, eyni zamanda onların hüquqi ekspertizasına diqqət artırılıb. Bələdiyyələrə yol verilmiş nöqsanlarla bağlı tövsiyələr verilib.


Create Account



Log In Your Account