Oct 02 2019 19:52
Views: 367

Balaca Xədicə bu il Goranboy rayonun Veyisli kənd icmasının yaratdığı qrupun ilk qaranquşlarındandır. Bu ilin yanvarından kənd orta məktəbi daxilində yaradılan icma qrupuna gedən bu qızcığaz təkcə nağıl oxumağı bacarmır. 5 aylıq  qrup təhsili ilk növbədə onun  müxtəlif istiqamətlərdə bacarıqlarını aşkara çıxarıb. Hətta gələcək planlarını belə burada qurmağa başlayıb.
2017-ci ilin oktyabrından start götürən “İcma Qrupları vasitəsilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması” layihəsinin əsas məqsədi icma əsaslı vətəndaş qrupları vasitəsilə məktəbəqədər təhsilin əhatəliliyini artırmaq və məktəb-cəmiyyət münasibətlərinin gücləndirilməsinə nail olmaqdır. Layihə çərçivəsində 14 rayon və şəhərdə 95 icma əsaslı məktəbəqədər təhsil mərkəzi yaradılıb.  Hər icmada layihəyə 3-4 yaşlı 20 uşaq cəlb olunub. Layihənin təqdimat mərasimində təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirdi ki, son 3 ildə 5 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlbi göstəricisi 24 faizdən 75 %-ə kimi artırıb. Təhsil Nazirliyində əmindirlər ki, layihə 3-5 yaşlı uşaqların həm təlim nailiyyətlərinə, həm də təhsilin keyfiyyətinə müsbət təsir göstərəcək.
Avropa İttifaqının maliyyələşdirdiyi Təhsil İnstitutunun icra etdiyi layihəni UNİCEF dəstəkləyir. Bu, qurumun Təhsil Nazirliyi ilə birlikdə həyata keçirdiyi 6 layihədən biridir.  
Layihə həm də valideynlərin məktəbəqədər təhsil xidmətlərinin monitorinqində fəal iştirakını təmin edir. Cari tədris ilində icma qruplarının sayının 300-ə,  Xədicə kimi bu qruplarda təhsilə ilk addım atan uşaqların sayının isə 10 minə çatdırılması  nəzərdə tutulub.


Create Account



Log In Your Account