Jul 10 2019 13:12
Views: 289

Lerik rayonunun Lerik-Şinəband-Orand-Nuravud-Zərdəbərə avtomobil yolu 21 km uzunluğa malik, torpaq və çınqıl örtüklü idi. Əsaslı şəkildə yenidən qurulmayan yolda qabaramalar və çökmələr əmələ gəlmiş, yol avtomobillərin istismarı üçün yarasız vəziyyətə düşmüşdür. Artıq bu problem geridə qalır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yolu IV texniki dərəcəyə uyğun yenidən qurulur. Texnoloji ardıcıllığa uyğun olaraq, görülən işlərin ardınca yol əsasının tikintisi işləri aparılacaq, daha sonar yola 2 laydan ibarət  asfalt-beton örtük döşənəcək. Ümumilikdə layihə çərçivəsində tikinti işləri 200 min kv.m sahəni əhatə edir.
Layihənin sonuncu mərhələsində yol boyu yol nişanları və məlumatverici lövhələr və siqnal dirəkləri quraşdırılacaq.  Üfiqi nişanlanma xətləri çəkilərərk müasir yol infrastrukturu yaradılacaq.


Create Account



Log In Your Account