Jun 24 2019 15:12
Views: 291

Biləsuvar rayonunun Çaylı, Bağbanlar, Aranlı və Zəhmətabad kəndlərindən keçən avtomobil yolları regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində yenidən qurulur. Uzunluğu 13.2 km təşkil edən yol IV texniki dərəcəyə uyğun olaraq bərpa edilir. Uzun illər istismar olunmasına baxmayaraq əsaslı şəkildə təmir olunmayan yol boyu qabarma və çökmələr mövcud olub, üstəlik yol geyimi dağılıb, torpaq yatağı güclü deformasiyaya uğrayıb. Tikinti zamanı yolun altında mövcud suötürücü boruların bərpası, həmçinin müxtəlif diametrli yeni dəmir-beton suötürücü boruların inşası da həyata keçirilir. Ümumilikdə 286 paqon-metr uzunluğunda yeni suötürücü boruların tikintisi işləri aparılır.  2 laydan ibarət asfalt-beton örtüyünün 80 min kvadrat metrə yaxın sahədə salınması nəzərdə tutulub.

Çaylı-Bağbanlar-Aranlı-Zəhmətabad avtomobil yolu vasitəsi ilə əhali nəinki rayon mərkəzinə, həmçinin Ələt-Astara-İran İslam respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə edəcək. Eyni zamanda respublikanın bütün istiqamətlərinə yük və sərnişin daşıması asanlaşacaq.


Create Account



Log In Your Account