Sep 28 2019 18:23
Views: 581

Biləsuvar rayonunun Xırmandalı kəndinin yeni yaşayış massivinə mavi yanacaq verilib. Bu münasibətlə kənddə keçirilən tədbirdə SOCAR prezidenti Rövnəq Abdullayev də iştirak edib. O, əlamətdar hadisə münasibəti ilə kənd sakinlərini təbrik edib, son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışıb. 
Qeyd edib ki, təbii qaz almayan yaşayış məntəqələrinin mavi yanacaqla təmin olunması, əhalinin rifah halının daha da yaxşılaşmasına, həmçinin ekologiyanın qorunmasına xidmət edir. Prezident İlham Əliyevin ölkənin qazlaşdırılması proqramının icrasını daim diqqət mərkəzində saxladığını bildirən SOCAR prezidenti, bu sahədə həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb. Tədbirdə qeyd olunub ki, regionlarda qazlaşdırma işlərinin sürətləndirilməsi üçün dövlət başçısının göstərişi ilə 53 milyon 500 min manat vəsait ayrılıb.
Xırmandalı kəndinin genişlənən hissəsində 286 evə mavi yanacaq verilib. Ümumilikdə 286 yeni sayğac quraşdırılıb. Daşıyıcı və məhəllədaxili qaz xətlərinin çəkilişi üçün yerüstü 23 540 metr böyük diametrli polad boru, eləcə də 7037 metr balaca diametrli polad borulardan istifadə edilib.


Create Account



Log In Your Account