Sep 18 2019 16:42
Views: 202

Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası rəsmən işə başlayıb. Assambleyanın prezidenti Ticcani Muhammad-Bande bu sessiyada prioritet məsələlərin yoxsulluq və aclığın aradan qaldırılması, təhsillə təminat və iqlim dəyişikliyinə qarşı mübarizə olacağını söyləyib.

BMT Baş katibi Antonio Quterreş isə sessiyanın ilk həftəsində keçiriləcək beş sammit barədə məlumat verib. Qarşıda BMT-ni gərgin ilin gözlədiyini deyib.

Qeyd edək ki, sentyabrın 24-də baş assambleyada ümumi müzakirələr başlayacaq, İştirakçılar qarşısında 97 dövlət başçısı, 5 vitse-prezident, 46 hökumət başçısı və 38 nazir çıxış edəcək. Ümumi müzakirələr başlamazdan əvvəl BMT Baş katibi təşkilata üzv ölkələrə BMT-nin fəaliyyəti ilə bağlı illik hesabatını təqdim edəcək.


Create Account



Log In Your Account